\"The Best\" mükafatının sahibi müəyyənləşir - SON 3 NAMİZƏD

Hazırda oxunan: \"The Best\" mükafatının sahibi müəyyənləşir - SON 3 NAMİZƏD

55766

Bu gün FIFA-nın ilin ən yaxşı oyunçusuna təqdim etdiyi "The Best" mükafatının sahibi bəlli olacaq.

Bizim.Media xəbər verir ki, mükafatlandırma mərasimi İsveçrənin Sürix şəhərində Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Ən yaxşı futbolçu adına PSJ-dən Lionel Messi, "Bavariya"dan Robert Levandovski və "Liverpul"dan Məhəmməd Salah namizəddir.

2021-ci ilin ən yaxşı baş məşqçisi adına İtaliya millisinin çalışdırıcısı Roberto Mançini, "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola və "Çelsi"nin baş məşqçisi  Tomas Tuxel iddialıdır.

Tədbirdə həmçinin, ilin ən yaxşı qolu, azarkeşi, "fair play" mükafatı, həmçinin qadınlar və kişilərdən ibarət ilin rəzmi komandası təqdim ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO