Belçika-Azərbaycan oyununa azarkeş buraxılmayacaq

Hazırda oxunan: Belçika-Azərbaycan oyununa azarkeş buraxılmayacaq

55598

Azərbaycan millisi futzal üzrə Avropa çempionatının final mərhələsinə hazırlıq məqsədilə yanvarın 17-də səfərdə Belçika yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Bizim.Media xəbər verir ki, pandemiya ilə əlaqədar olaraq, oyun azarkeşlər üçün qapalı olacaq.

Qeyd edək ki, yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək Avropa çempionatının final mərhələsində Azərbaycan millisi D qrupunda mübarizə aparacaq. Yığmamız yanvarın 22-də Gürcüstan, dörd gün sonra İspaniya, ayın 29-da isə Bosniya və Herseqovina ilə qarşılaşacaq.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO