Mahir Emreli Türkiyə klubu ilə ANLAŞDI 

Hazırda oxunan: Mahir Emreli Türkiyə klubu ilə ANLAŞDI 

55499

Polşanın "Legiya" klubuna geri dönmək istəməyən futbol üzrə Azərbaycan yığmasının üzvü Mahir Emreli karyerasını Türkiyədə davam etdirəcək.

Bizim.Media "sportfm.az" saytına istinadən xəbər verir ki, 24 yaşlı hücumçu Super Liqa təmsilçisi "Başakşəhər"lə anlaşıb. 

Emre Beleoğlunun çalışdırdığı İstanbul klubu Emreli ilə danışıqlarda müsbət nəticə əldə edib.
 

Komandanın baş məşqçisi Emre ilə görüşən Mahir öz şərtlərini irəli sürərək istəyinə nail olub. Millimizin forvardı ilə razılığa gələn "Başakşəhər" rəhbərliyi "Legiya" ilə təzminat məsələsini həll etmək öhdəliyini də öz üzərinə götürüb.


Qeyd edək ki, hazırda "Başakşəhər" Super Liqada 20 turdan sonra 34 xalla turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO