Ronaldo komanda yoldaşlarından narazılıq etdi - "Az məşq edirlər"

Hazırda oxunan: Ronaldo komanda yoldaşlarından narazılıq etdi - "Az məşq edirlər"

55414

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo komanda yoldaşlarından narazıdır. 

Bizim.Media xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

36 yaşlı hücumçu oyunçuların az məşq etdiyini və işlərinə ciddi yanaşmadıqlarını düşünür.

Xəbərdə o da qeyd olunub ki, Ronaldo əlavə məşq etmək üçün idman zalına gedəndə burada ondan başqa heç kim olmur. Portuqaliyalı oyunçu futbolçuların belə tənbəllik etməsinə görə təəccüblənir. 

Qeyd edək ki, Ronaldo bu mövsüm 22 matçda 14 qol vurub və 3 qolun ötürməsini verib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO