"Qəbələ"nin Antalyadakı rəqibləri müəyyənləşdi

Hazırda oxunan: "Qəbələ"nin Antalyadakı rəqibləri müəyyənləşdi

54322

Mövsümün ikinci yarısına hazırlaşan “Qəbələ”nin yoxlama oyunlarındakı rəqibləri müəyyənləşib.

Bizim.Media klubun saytına istinadən xəbər verir ki, "Qəbələ" yanvarın 25-nə qədər Türkiyənin Antalya şəhərində hazırlıq keçəcək.

Bu müddətdə komanda üç yoxlama matçına çıxacaq. 

Komanda yanvarın 18-i, 21-i və 24-də Polşa təmsilçisi “Zaqlembe”,  Şimali Makedoniyanın “Boreç” və Çexiya “Bohemians”ı ilə üz-üzə gələcək.

Qeyd edək ki, klubun Bakıdakı  toplanışı yanvarın 15-də başa çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO