Eddi İsrafilov rəsmən “Neftçi”də: Müqavilənin detalları - VİDEO

Eddi İsrafilov rəsmən “Neftçi”də: Müqavilənin detalları - VİDEO

Hazırda oxunan: Eddi İsrafilov rəsmən “Neftçi”də: Müqavilənin detalları - VİDEO

53941

"Neftçi" klubu yeni transferi Eddi İsrafilovu təqdim edib.

Bizim.Media xəbər verir ki, son ölkə çempionu yarımmüdafiəçinin keçidini rəsmi televiziyası vasitəsi ilə açıqlayıb.

“Neftçi” yarımmüdafiəçi ilə 2,5 illik müqavilə bağlanıb. 29 yaşlı futbolçu "ağ-qaralar"ın heyətində 14 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, İsrafilov İspaniyanın “Real Mursiya” (2011-2014), “Qranada” (2014-2015), “Eybar” (2015-2016), “Kordoba” (2016), “Kadis” (2016-2017), “Ximnastik” (2017-2018), “Alkorkon” (2018-2019) və “Albasete” (2019-2021) klublarında çıxış edib.

2016-cı ildən Azərbaycan milli komandasına dəvət olunan futbolçu 13 rəsmi oyunda meydana çıxıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO