Gənclər və idman naziri Fərid Qayıbov Kuba Respublikasının Bakıdakı Fövqəladə və Səlahiyyətli Səfiri Alfredo Nieves Portuondonu qəbul edib.
Bizim.Media xəbər verir ki, görüşdə Fərid Qayıbov ölkəmizin idman potensialı və dövlət gənclər siyasəti ilə bağlı məlumat verib.
Hər iki sahənin dövlətimizin xüsusi diqqəti ilə əhatə olunduğunu bildirib.
Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Alfredo Nieves Portuondo iki ölkə arasında gənclər və idman sahələrində əməkdaşlığın mövcudluğundan məmnunluğunu qeyd edərək, gələcəkdə bu əlaqələrin daha da inkişaf etdirilməsi arzusunu ifadə edib.
Görüşdə qarşılıqlı əməkdaşlıqla bağlı bir sıra məsələlər müzakirə edilib.
Bizim.Media
- A-
- A
- A+
İdman
10:58 / 21.12.2021
Fərid Qayıbov kubalı səfirlə müzakirələr apardı
Hazırda oxunan: Fərid Qayıbov kubalı səfirlə müzakirələr apardı
Hazırda oxunan: Fərid Qayıbov kubalı səfirlə müzakirələr apardı
51691
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.