"Mançester Yunayted" məşqləri dayandırdı - Testi pozitiv çıxan futbolçular var

Hazırda oxunan: "Mançester Yunayted" məşqləri dayandırdı - Testi pozitiv çıxan futbolçular var

50505

İngiltərənin "Mançester Yunayted" klubu koronavirusla bağlı açıqlama yayıb.

Bizim.Media klubun saytına istinadən xəbər verir ki, komandada xəstəliyin daha da yayılma riskini minimuma endirmək üçün məşq bazası bir gün müddətinə bağlanıb.

Testi müsbət çıxanlar təcrid olunub.

"Məşqin ləğvini və komandanın normal fəaliyyətinin pozulmasını, həmçinin oyunçuların və işçilərin sağlamlığının prioritetini nəzərə alaraq, klub çərşənbə axşamı "Brentford"a qarşı oynamağın təhlükəsiz olub-olmadığını Premyer Liqa ilə müzakirə edir.

Komandanın və heyətin Londona səfəri bu müzakirənin nəticələrinə əsasən qərar qəbul edilənə qədər təxirə salınacaq” - deyə klubun açıqlamasında bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO