Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Stolüstü Tennis Federasiyasında olub.
Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, federasiyanın fəaliyyəti ilə tanış olan F.Qayıbov idmançıların məşq proseslərini izləyib, onlarla söhbət edib və məşqçilərlə fikir mübadiləsi aparıb.
MÖVZU İLƏ BAĞLI:
“Nazirlikdə aparılan kadr islahatları davamlı olacaq” - Fərid Qayıbov
Federasiyanın vitse-prezidenti Fazil Məmmədov qarşıdakı yarışlar, hazırlıq və gələcək iş planı barədə nazirə məlumat verib.
Yığma üzvləri üçün yaradılmış şəraitlə tanışlıqdan sonra F.Qayıbov bir sıra tövsiyələr verib və idmançılara uğurlar arzulayıb.
Federasiya üzvləri ilə görüşdə nazir müavini Mariana Vasileva da iştirak edib.
Bizim.Media