İbrahimoviç Çalhanoğlunu tənqid etdi

Hazırda oxunan: İbrahimoviç Çalhanoğlunu tənqid etdi

49511

"Milan"ın hücumçusu Zlatan İbrahimoviç keçmiş komanda yoldaşı Hakan Çalhanoğlunu "İnter"ə keçdiyi üçün tənqid edib. 

Bizim.Media “Calciomercato” xəbər verir ki, o, yayda türkiyəli oyunçunun “İnter”in digər yarımmüdafiəçisi Kristian Eriksenin yaşadıqlarından istifadə edərək A seriyası təmsilçisinə transfer olunduğunu deyib: 

“Bəli, biz Çalhanoğluya komandamıza etdiyi xidmətlərə görə minnətdarıq və ona gələcək üçün ən yaxşısını arzulamaq istəyirik. Bəlkə də sözlərim xoşagəlməz səslənəcək, amma inanıram ki, Çalhanoğlu faciədən istifadə edib. Avro-2020-nin Danimarka - Finlandiya matçı zamanı Kristian Eriksenin yaşadıqlarından yararlanıb. Bu mövqe üçün "İnter"in təcili bir oyunçu alması lazım idi. Ona görə də qapı Hakan üçün açıldı. Bundan əvvəl nə "İnter"dən, nə də başqa klubdan ona təklif olubb". 

Qeyd edək ki,  Çalhanoğlu 2021-ci ilin yayında “Milan” ilə müqaviləsini uzatmaqdan imtina edərək azad agent kimi “İnter”ə keçmişdi.

Xatırladaq ki,  Avro-2020-nin qrup mərhələsində iyunun 12-də Finlandiya ilə keçirlən görüşün ilk hissəsində huşunu itirən Danimarka millisinin üzvü Erikseni 15 dəqiqəlik tibbi müdaxilədən sonra həyata qaytarmaq mümkün olmuşdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO