Azərbaycan idmançısı Polşada birinci oldu - FOTO

Hazırda oxunan: Azərbaycan idmançısı Polşada birinci oldu - FOTO

0:00
0:00
49438

4-5 dekabr tarixlərində Polşanın Zabrze şəhərində qadın idman gimnastikası üzrə "Barborka Cup 2021" adlı beynəlxalq turnir keçirilib.

Azərbaycan Gimnastika Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, yarışda ölkəmizi Nazənin Teymurova, Məryəm Musayeva və Duyğu Məcidzadə təmsil edib.

Gənclər yaş qrupunda iştirak edən Nazəninin çıxışı uğurlu olub. O, çoxnövçülükdə hakimlərdən 48.665 xal alaraq, fəxri kürsünün 1-ci pilləsində qərarlaşıb.

Onun komanda yoldaşları Duyğu Məcidzadə və Məryəm Musayeva çoxnövçülük yarışında müvafiq olaraq 6 və 9-cu yerlərdə qərarlaşıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO