Azərbaycanın 2 karateçisi Dünya Oyunlarına lisenziya qazandı

Hazırda oxunan: Azərbaycanın 2 karateçisi Dünya Oyunlarına lisenziya qazandı

49047

Azərbaycanın 2 karateçisi gələn il ABŞ-da keçiriləcək XI Dünya Oyunlarına lisenziya qazanıb.

Azərbaycan Milli Karate Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, İrina Zaretska (68 kq) və Asiman Qurbanlı (+84 kq) sözügedən yarışda iştirak hüququ əldə edib.

Hər iki idmançı buna Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki dünya çempionatında yer tutmaqla nail olub. Mundialda Zaretska qızıl, Qurbanlı isə bürünc medala layiq görülüb.

Qeyd edək ki, 2022-ci ilin iyulunda ABŞ-da təşkil olunacaq Dünya Oyunlarına digər lisenziyalar reytinq xallarına əsasən veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO