Klublararası dünya çempionatının keçiriləcəyi tarix açıqlandı

Hazırda oxunan: Klublararası dünya çempionatının keçiriləcəyi tarix açıqlandı

48174

FIFA 2022-ci ildə keçiriləcək klublararası dünya çempionatının tarixini müəyyənləşdirib.

Bizim.Media xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) təşkil olunacaq turnir 3 - 12 fevralda gerçəkləşəcək.

Yarışın püşkatma mərasimi bu gün İsveçrənin Sürix şəhərində olacaq. Tədbir Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
 

Dünya çempionatında 7 iştirakçısı olacaq. Bunlar Səudiyyə Ərəbistanının "Əl-Hilal", Meksikanın "Monterrey", Yeni Zelandiyanın "Oklend Siti", BƏƏ-nin "Əl-Cəzirə", İngiltərənin "Çelsi" və Braziliyanın "Palmeyras" komandalarıdır.


Qeyd edək ki, ötən ildən təxirə salınmış dünya çempionatının qalibi Almaniya "Bavariya"sı olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO