Krivotsyukun komandası qalib gəldi

Hazırda oxunan: Krivotsyukun komandası qalib gəldi

48105

Polşa çempionatında 16-cı turun oyunları keçirilir.

Bizim.Media xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi “Visla” (Plotsk) doğma meydanda “Krakoviya” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.

Krivotsyuk da bu görüşün iştirakçısı olub.

O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin müdafiəçisi 46-cı dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

Qeyd edək ki, “Visla” 16 turdan sonra 23 xalla 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO