Mahirdən qol ötürməsi, \"Legiya\"dan qələbə

Hazırda oxunan: Mahirdən qol ötürməsi, \"Legiya\"dan qələbə

48097

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi "Legiya" bu gün Polşa çempionatında növbəti oyununu keçirib.

Bizim.Media xəbər verir ki, Varşava təmsilçisi 16-cı turda "Yaqelloniya" ilə üz-üzə gəlib.

Görüş "Legiya"nın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Start heyətdə meydana çıxan Mahir sonadək mübarizə aparıb. Komandasının yeganə qolunun ötürməsini də Emreli verib. 

Beləliklə, ardıcıl 7 oyundur uduzan "Legiya" nəhayət uğursuz seriyaya son qoyub.

Bu nəticədən sonra paytaxt təmsilçisi turnir cədvəlində 12 xalla 16-cı pillədə qərarlaşıb. "Legiya" digər komandalardan  2 oyun az keçirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO