Rusiyalı gimnastdan Bakıda qızıl medal

Hazırda oxunan: Rusiyalı gimnastdan Bakıda qızıl medal

48068

Bakıda batut gimnastikası və tamblinq üzrə 28-ci Dünya Yaş Qrupu Yarışlarının 11-12 yaş qrupunda qadınlar arasında batut gimnastikası üzrə fərdi proqramında Rusiya idmançısı Daria Morozova qızıl medal qazanıb.

Bizim.Media-nın məlumatına görə, Darya Morozovanın nəticəsi 50,780 xal təşkil edib.

Arina Şərifullina gümüş (Rusiya, 49,690 xal), Maqdalena Kisevaya bürünc (Bolqarıstan, 48,445 xal) medal qazanıblar.

Qeyd edək ki, 25-28 noyabr tarixlərində keçiriləcək 28-ci Dünya Yaş Qrupları Yarışlarında 32 ölkədən 650 idmançı iştirak edir.

Gimnastlar həm batut, həm tamblinq, həm də ikili mini-batut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyasında yarışırlar.

Yarışda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edirlər.

Yarışlarda Azərbaycanı 15 gimnast təmsil edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO