“Qəbələ” – “Qarabağ” matçına hakim təyinatı açıqlandı

Hazırda oxunan: “Qəbələ” – “Qarabağ” matçına hakim təyinatı açıqlandı

48066

"Qəbələ" və "Qarabağ" komandaları arasında keçiriləcək Azərbaycan Premyer Liqasının XII tur matçı təcrübəsiz hakimə tapşırılıb.

Bizim.Media-nın məlumtına görə, mərkəzi oyuna təyinat alan Kamranbəy Rəhimov ilk dəfə yüksək liqada görüş idarə edəcək.

Rəhimov cari mövsümdə yalnız I Divizion oyunlarında ədaləti qoruyub. 

Qeyd edək ki, noyabrın 29-da Qəbələ şəhər stadionunda oynanılacaq qarşılaşma saat 16:00-da başlayacaq. Hazırda Ağdam klubu 26 xalla turnir cədvəlinə başçılıq edir. 21 xalı olan əyalət təmsilçisi isə 2-ci pillədə qərarlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO