Fazil Məmmədov da vəzifəsindən GEDİR? – AÇIQLAMA 

Hazırda oxunan: Fazil Məmmədov da vəzifəsindən GEDİR? – AÇIQLAMA 

47828

Xəbər verildiyi kimi bir qədər sonra Azərbaycan Voleybol və Azərbaycan Velosiped İdmanı federasiyalarında Hesabat-Seçki Konfransı keçiriləcək.

Xatırladaq ki, bu gün Azərbaycan Şahmat Federasiyasında prezident dəyişikliyi olub. Prezident postunda Mərkəzi Bankın sədri Elman Rüstəmovu SOCAR-ın Gürcüstan nümayəndəliyinin baş direktoru Mahir Məmmədov əvəzləyib.
 

MÖVZU İLƏ BAĞLI:

Elman Rüstəmovun bu vəzifəsi əlindən alındı


Söyləntilərə görə Voleybol və Velosiped federasiyalarının rəhbər vəzifələrində də dəyişikliklər gözlənilir. 

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Qabil Mehdiyev məsələyə münasibət bildirməyib. O, bu barədə mövqe bildirməyin hər iki federasiyanın səlahiyyətində olduğunu deyib. 

Azərbaycan Voleybol Federasiyasının sözçüsü İlqar İmamquliyev Bizim.Media-ya açıqlamasında sözügedən seçkilərin nəticəsi olaraq hər hansı gözləntilərin olmayacağını qeyd edib:

“Bütün federasiyalarda olduğu kimi bizim də qurumda seçki olmalıdır. 4 ildən bir seçki keçirilir. Amma pandemiya səbəbindən təxirə salınmışdı. Səmimi deyim ki, bizim federasiyada hər hansı dəyişikliklərin olduğunu düşünmürəm. Düşündüyüm qədər tək namizəd yenə də Cavid Qurbanovun özüdür. Hesab edirəm ki, o, yenə də öz yerində və postunda qalacaq. Bu günə qədər Cavid qurbanovun yerinə keçəcək hər hansı namizədin adını eşitməmişəm. Bildiyim qədər Cavid müəllim işinin başında olacaq və fəaliyyətini davam etdirəcək”.

Velosiped İdmanı Federasiyasının rəsmisi Pərviz Musayev isə seçkiqabağı hər hansı şərh verməyin doğru olmadığını deyib:

“Yaxşı olar ki, seçkilərin nəticəsini gözləyək. Saat 17:00-da hesabat-seçki konfransdır. Ondan sonra rəsmi açıqlama və məlumat yayılacaq”.
 

Qeyd edək ki, Voleybol Federasiyasının prezidenti “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovdur.


O, 2016-cı ilin oktyabrın 12-dən bu federasiyanın prezidentidir. Velosiped İdmanı Federasiyasının rəsmi prezidenti isə sabiq vergilər naziri Fazil Məmmədov sayılır. Onun yerinə müdafiə sənayesi naziri Mədət Quliyev namizəddir.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO