UEFA Çempionlar Liqası: Qrup mərhələsinin V turuna yekun vuruldu - NƏTİCƏLƏR

Hazırda oxunan: UEFA Çempionlar Liqası: Qrup mərhələsinin V turuna yekun vuruldu - NƏTİCƏLƏR

47565

Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura yekun vurulub.

Bizim.Media  xəbər verir ki, ikinci oyun günündə A, B, C və D qruplarında ümumilikdə 8 qarşılaşma gerçəkləşib.

A qrupunda Almaniyanın "Leyptsiq" klubu Belçikada "Brügge"ni darmadağın etməsi İngiltərənin "Mançester Siti" və Fransanın "Paris Sen-Jermen" klublarını vaxtından əvvəl pley-offa çıxarıb. Bu komandalar arasındakı görüş isə "şəhərlilər"in qalibiyyəti ilə yekunlaşıb.

B qrupunda növbəti mərhələyə vəsiqəni təmin etmiş İngiltərənin "Liverpul" klubu evdə Portuqaliyanın "Portu" komandasına qalib gəlib. Digər qarşılaşmada isə İtaliyanın "Milan" klubu İspaniyada "Atletiko Madrid" komandasını üstələyib. Bu nəticədən pley-offa ikinci vəsiqənin taleyi son tura qalıb.

C qrupunda Niderlandın "Ayaks" klubundan sonra pley-offa yüksələn ikinci komanda Portuqaliyanın "Sportinq" komandası olub. Evdə Almaniyanın "Borussiya" (Dortmund) klubunu 2 top fərqi ilə məğlub edən Lissabon təmsilçisi adını səkkizdəbir finala yazdırıb. Dortmundlular mübarizəni UEFA Avropa Liqasının pley-offunda davam etdirəcək.

D qrupunda da səkkizdəbir finalçılar bəlli olub. Moldovada "Şerif" üzərində böyükhesablı qələbə qazanan İspaniyanın "Real Madrid" klubu özü ilə yanaşı, İtaliyanı "İnter" komandasını növbəti mərhələyə daşıyıb. Tiraspol klubu isə yoluna UEFA Avropa Liqasının pley-offunda davam edəcək.

Günün bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

A qrupu

“Brügge” (Belçika) – “Leyptsiq” (Almaniya) - 0:5;

“Mançester Siti” (İngiltərə) – “Paris Sen-Jermen” (Fransa) - 2:1.

Qrupdakı vəziyyət: “Mançester Siti” - 12, “Paris Sen-Jermen” - 8, “Brügge” - 4, “Leyptsiq” - 1.

B qrupu

“Atletiko Madrid” (İspaniya) – “Milan” (İtaliya) - 0:1;

“Liverpul” (İngiltərə) – “Portu” (Portuqaliya) - 2:0.

Qrupdakı vəziyyət: “Liverpul”- 15, “Portu” - 5, “Atletiko Madrid” - 4, “Milan” - 4.

C qrupu

“Beşiktaş” (Türkiyə) – “Ayaks” (Niderland) - 1:2;

“Sportinq” (Portuqaliya) – “Borussiya Dortmund” (Almaniya) - 3:1.

Qrupdakı vəziyyət: “Ayaks” - 15, "Sportinq" - 9, “Borussiya Dortmund” - 6, “Beşiktaş” - 0.

D qrupu

“İnter” (İtaliya) – “Şaxtyor Donetsk (Ukrayna) - 2:0;

“Şerif” (Moldova) – “Real Madrid” (İspaniya) - 0:3.

Qrupdakı vəziyyət: “Real Madrid” - 12, “İnter” - 10, “Şerif” - 6, “Şaxtyor” - 1.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO