Ozobiç “Qarabağ”ın tarixinə düşdü

Ozobiç “Qarabağ”ın tarixinə düşdü

Hazırda oxunan: Ozobiç “Qarabağ”ın tarixinə düşdü

44139

Filip Ozobiç “Qarabağ”ın heyətində 30-cu qolunu vurub. 

Bizim.Media Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Premyer Liqanın IX turuna təsadüf edib. 

30 yaşlı yarımmüdafiəçi “Neftçi”ni 4:0 hesabı ilə məğlub etdikləri qarşılaşmada dubla imza atıb.

Bu görüşədək “Qarabağ”da 29 qol vuran yarımmüdafiəçi əvvəl 30-cu, ardınca 31-ci dəfə fərqlənib. Ozobiç Premyer Liqada 27, avrokuboklarda 4 qol vurub. 

O, “Qarabağ”ın tarixində 30 və ya daha çox qol vuran 21-ci futbolçudur. Xorvatiya əsilli oyunçu hərəyə 31 dəfə fərqlənən Kənan Kərimov və Georgi Adamiya ilə 16 - 18-ci yerləri bölüşür. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO