"Qızıl top" mükafatının qalibi vaxtından əvvəl bilindi - FOTO 

Hazırda oxunan: "Qızıl top" mükafatının qalibi vaxtından əvvəl bilindi - FOTO 

43522

"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının qalibi üçün səsvermənin nəticələrini əks etdirən foto yayılıb. 

Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə yayılan fotoya əsasən, Polşa millisinin və Almaniyanın "Bavariya" klubunun futbolçusu Robert Levandovski qalib olacaq. 33 yaşlı hücumçunun 627 səsi var. 

İkinci sırada Fransa PSJ-sində çıxış edən Lionel Messi, üçüncü yerdə isə "Real Madrid"dən Kərim Benzema qərarlaşıb. 

Səsvermə oktyabrın 24-də başa çatıb. Lakin qalibin adı noyabrın 29-da Parisdə açıqlanacaq. 

Qeyd edək ki, "France Football" nəşri koronavirus pandemiyasına görə ötən il mükafatı heç bir oyunçuya verməyib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO