\"Qarabağ\" bu gün \"Səbail\"in qonağı olacaq – TURUN SON OYUNU

Hazırda oxunan: \"Qarabağ\" bu gün \"Səbail\"in qonağı olacaq – TURUN SON OYUNU

43070

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VIII tura yekun vurulacaq.

Bizim.Media xəbər verir ki, sonuncu oyun günündə "Qarabağ" "Səbail"in qonağı olacaq.

"ASCO Arena"dakı qarşılaşma saat 19:00-da start götürəcək. Görüşü Rauf Allahverdiyevin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

Qonaqlar 17 xalla liderdir, meydan sahibləri 6 xalla 7-ci sıradadır. Komandalar indiyədək Premyer Liqada 16 dəfə üz-üzə gəliblər. Bunların 13-də Ağdam təmsilçisi meydanı üç xalla tərk edib. İki görüşdə heç-heçə qeydə alınıb, bir matçda isə "dənizçilər" texniki qələbəyə sevinib. Topların fərqində də "köhlən-atlar"ın aşkar üstünlüyü var - 29:3.

“Qarabağ” texniki nəticə nəzərə alınmasa, hər oyunda qol vurub və rəqibinə uduzmayıb. Meydan sahibləri ağdamlılara qarşı son iki ev matçında heç-heçə oynayıb.

Qeyd edək ki, VIII turun digər görüşlərində "Sabah" evdə "Sumqayıt"a 3:0, "Neftçi" "Zirə"yə 2:1 hesabı ilə qalib gəlib. "Qəbələ" səfərdə "Keşlə"ni 3:2 hesabı ilə üstələyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO