“Liverpul” səfərdə “Mançester Yunayted”i darmadağın etdi - FOTO

Hazırda oxunan: “Liverpul” səfərdə “Mançester Yunayted”i darmadağın etdi - FOTO

43052

Oktyabrın 24-də futbol üzrə İngiltərə Premyer Liqasında doqquzuncu turun mərkəzi qarşılaşması keçirilib.

Bizim.Media xəbər verir ki, “Old Trafford” stadionunda baş tutan görüşdə "Mançester Yunayted" öz meydanında "Liverpul" komandasını qəbul edib.

Görüş qonaqların böyük hesablı qələbəsi ilə başa çatıb - 5:0.

Mersessayd təmsilçilərin heyətində Nəbi Keyta, Dioqu Jota və Məhəmməd Salah (3) fərqləniblər.

Bu nəticədən sonra "Liverpul" 9 oyundan sonra 21 xalla ikinci, Mançester təmsilçisi isə 14 xalla yeddinci pillədə qərarlaşıb.

Növbəti turda "Liverpul" öz meydanında "Brayton"la, "Mançester Yunayted" isə səfərdə "Tottenhem" klubu ilə qarşılaşacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO