Konfrans Liqasında həftənin ən yaxşısı müəyyənləşdi

Hazırda oxunan: Konfrans Liqasında həftənin ən yaxşısı müəyyənləşdi

42834

Avropa Konfrans Liqasında qrup mərhələsinin 3-cü turunun oyunlarından sonra həftənin ən yaxşı oyunçusu müəyyənləşib. 

Bizim.Media xəbər verir ki, bu ada Norveçin “Budyo Qlimt” komandasının hücumçusu Erik Botheym layiq görülüb.

21 yaşlı forvard evdə İtaliyanın “Roma” komandasına 6:1 hesabı ilə qalib gəldikləri matçda 2 qol və 3 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb.

Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu adına “Anortosis”dən (Kipr) Rauno Sappinen, “Makkabi”dən (Təl-Əviv, İsrail) Qabi Kaniçovski və “Feyenoord”dan (Niderland) Brayan Linssen də namizəd idi. (Fanat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO