“Qarabağ”dan 6 pilləlik irəliləyiş - REYTİNQ 

Hazırda oxunan: “Qarabağ”dan 6 pilləlik irəliləyiş - REYTİNQ 

42721

Avrokubokların qrup mərhələsinin III turu başa çatdıqdan sonra klubların UEFA reytinqi açıqlanıb. 

Bizim.Media-nın məlumatına görə, Avropanın ən yaxşı 100 komandası arasında Azərbaycanın yalnız bir təmsilçisi – “Qarabağ” yer alıb.  

Premyer Liqanın vitse-çempionu Konfrans Liqasının III turunda Qazaxıstan “Kayrat”ını 2:1 hesabı ilə məğlub edib. Bu qələbə Qurban Qurbanovun yetirmələrinin hesabına 0,500 xal gətirib. 

Xallarını 21,000-a çatdıran “Qarabağ” 6 pillə irəliləyərək 63-66-cı pillələrə şərik olub. 
 

Ağdamlılar “Feyenoord” (Niderland), “Real Sosyedad” (İspaniya) və “Borussiya” (Mönhenqladbax, Almaniya) ilə eyni xala malikdir. 


Qeyd edək ki, siyahıya 122,000 aktivlə “Bavariya” başçılıq edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO