Abbas Hüseynovu qoldan sonra ağladan SƏBƏB: Ailəsində itki... - VİDEO

Hazırda oxunan: Abbas Hüseynovu qoldan sonra ağladan SƏBƏB: Ailəsində itki... - VİDEO

42718

"Qarabağ" klubunun UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunda Qazaxıstanın “Kayrat” komandası ilə görüşündə qələbə qolunu vuran Abbas Hüseynov göz yaşlarını saxlaya bilməyib.  

Bizim.Media xəbər verir ki, futbolçu sevincini ağlayaraq ifadə edib.  

“Qarabağ” klubunun mətbuat katibi Gündüz Abbaszadə Bizim.Media-ya idmançının bu davranışının səbəbininin nənəsinin vəfatı ilə əlaqədar olduğunu açıqlayıb:  

“Dünən Abbas Hüseynovun nənəsi rəhmətə gedib. Oyundan əvvəl deyirdi ki, nənəmə son nəfəsində qol sözü vermişəm! Bu səbəbdən də o, göz yaşlarını saxlaya bilmədi”.  

Qeyd edək ki, dünən keçirilən futbol matçında “Qarabağ” “Kayrat” üzərində 2:1 hesabı ilə qələbə qazanıb. 

Vüsalə Balayeva, Bizim.Media

 




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO