“Milan” öz meydanında əzmkar qələbə qazandı

Hazırda oxunan: “Milan” öz meydanında əzmkar qələbə qazandı

41923

Oktyabrın 16-da futbol üzrə İtaliya A Seriyasının səkkizinci turun növbəti oyunu keçirilib.

Bizim.Media xəbər verir ki, turun ilk oyun günündə üç qarşılaşma olub. Gecənin ən maraqlı görüşü "San Siro" stadionunda reallaşıb.

"Milan" öz meydanında "Verona" komandasını qəbul edib.

Görüşü daha fəal başlayan qonaqlar gözlənilmədən ardıcıl iki qol vurub. "Verona"nın heyətində Canluka Kaprari (7) və Antonin Barak (24) fərqləniblər.

Fasilədən sonra hücumlarını kəsərin artıran "Milan"ın heyətində 59-cu dəqiqədə Olivye Jiru, 76-ci dəqiqədə Frank Kessi və 78-ci dəqiqədə Koray Quter (avtoqol) fərqlənərək əzmkar qələbə qazanıb.

Bu qələbə sayəsində "Milan" xal ehtiyatını 22-ə çatdıraraq turnir cədvəlində liderliyə yüksəlib. "Verona" isə 8 xalla 13-cü yerdə qərarlaşıb.

Turun mərkəzi qarşılaşmasında "İnter" səfərdə "Latsio"ya 3:1, "Spezia" isə öz meydanında "Salernitana"nı (2:1) məğlub edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO