Davudoğlu Suriya üçün dünyaya səsləndi

Davudoğlu Suriya üçün dünyaya səsləndi

Hazırda oxunan: Davudoğlu Suriya üçün dünyaya səsləndi

40178
Türkiyənin Xarici işlər naziri Əhməd Davudoğlu, "Suriyada sözün bitdiyini bu gün bir daha yenidən gördük. XXI əsrin ən böyük qırğınına bundan artıq səssiz qalmaq olmaz" deyib. 

Suriyada Bəəs rejimi tərəfindən həyata keçirilən müharibə cinayətlərini sənədləşdirən hesabatların yayımlanmasından sonra Əəsədə qarşı reaksiyalar daha da kəskinləşib. Əhməd Davudoğlu da yaşanan bu utanc insanlıq dramına görə sərt reaksiya göstərib. 

Moderator.az-n Türkiyə mediasına istinadən məlumatına görə, Davudoğlu şəxsi "Twitter" səhifəsində etdiyi açıqlamada "Dərhal hərəkətə keçilməlidir" deyib. 

Sözün bitdiyi yerdəyik deyə sözlərinə başlayan Davudoğlu, "Suriyada qanı dayandıracaq bir keçid mərhələsini qısa zamanda başlamaq və həm Suriyanı, həm də insanlığı bu əliqanlı rejimdən qurtarmaq ilk hədəfimiz olmalıdır. Bu insanlıq cinayətinə ortaq olanlar və baş verənlərə səssiz qalanlar bir gün tarix və insanlıq vicdanı qarşısında məhkum olacaqlar".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO