"Zirə" qələbə sayəsində 2-ci pilləyə yüksəldi

Hazırda oxunan: "Zirə" qələbə sayəsində 2-ci pilləyə yüksəldi

39740

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura start verilib.

Bizim.Media xəbər verir ki, turun açılış oyununda "Zirə" klubu "Sumqayıt"ı qəbul edib.

Zirə İdman Kompleksinin stadionunda keçirilən görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada yeganə qolu 14-cü dəqiqədə "qartallar"ın belçikalı yarımmüdafiəçisi Loris Bronyo vurub.
 

MÖVZU İLƏ BAĞLI:

"Qarabağ"ın oyununa hakim təyinatı açıqlandı


Bu qələbədən sonra xallarını 11-ə çatdıran "Zirə" 2-ci pilləyə yüksəlib. "Sumqayıt" isə 7 xalla 5-ci sırada qalıb.

Qeyd edək ki, turun iki oyunu oktyabrın 2-də gerçəkləşəcək. "Keşlə" "Sabah"la, "Səbail" "Neftçi" ilə qarşılaşacaq. Tura oktyabrın 3-dəki “Qarabağ” – “Qəbələ” matçı ilə yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO