Messinin komandası "Mançester Siti" ilə qarşılaşacaq

Hazırda oxunan: Messinin komandası "Mançester Siti" ilə qarşılaşacaq

39063

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində II tura start veriləcək.

Bizim.Media xəbər verir ki, ilk oyun günündə 4 qrupda 8 qarşılaşma keçiriləcək.

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Beşiktaş" Niderlandda "Ayaks"ın qonağı olacaq.

C qrupunun digər görüşündə Almaniyanın "Borussiya" (Dortmund) və Portuqaliyanın "Sportinq" klubları üz-üzə gələcək.

Günün mərkəzi qarşılaşması Fransada gerçəkləşəcək. PSJ İngiltərə çempionu "Mançester Siti"ni qəbul edəcək. A qrupunda "Leyptsiq" (Almaniya) - "Brügge" (Belçika) qarşılaşması da baş tutacaq.
 

Daha bir maraqlı görüş B qrupunda İtaliyanın "Milan" və İspaniyanın "Atletiko" (Madrid) komandaları arasında olacaq. İngiltərə "Liverpul"u isə Portuqaliyada "Portu"nun qonağı olacaq.


D qrupunda isə tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində çıxış edən Moldova "Şerif"i İspaniyada "Real Madrid"in qonağı olacaq. Bu komandaların hər ikisi ilk turdan qalib ayrılıb. Qrupun digər oyununda Donetsk "Şaxtyor"u Ukraynada İtaliya "İnter"ini sınağa çəkəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO