Messinin zədəsi ciddidir? – PSJ AÇIQLADI 

Hazırda oxunan: Messinin zədəsi ciddidir? – PSJ AÇIQLADI 

38027

Fransanın PSJ klubunun ulduz futbolçusu Lionel Messinin son durumu açıqlanıb. 

Bizim.Media klubun rəsmi saytına istinadən xəbər verir ki, Liqa-1-in VI turunda "Lion"la oyunda zədələnən 34 yaşlı hücumçu sol dizindən xəsarət alıb.  

O, 48 saatdan sonra təkrar tibbi müayinədən keçəcək.  

Messi bu səbəbdən VII turda "Mets"lə sabah keçirəcəkləri matçı buraxacaq. 

Qeyd edək ki, PSJ-nin 2:1 hesablı qələbəsi ilə bitən  görüşün start heyətində yer alan Lionel Messi 76-cı dəqiqədə əvəzlənmişdi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO