"Qarabağ" "Sumqayıt"ı MƏĞLUB ETDİ

Hazırda oxunan: "Qarabağ" "Sumqayıt"ı MƏĞLUB ETDİ

37862

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura yekun vurulub.

Bizim.Media xəbər verir ki, turun son oyununda "Qarabağ" "Sumqayıt"ı qəbul edib.

"Azərsun Arena"da keçirilən qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə hər iki qolu Filip Ozobiç vurub.

Azərbaycan millisinin yarımmüdafiəçisi əvvəlcə 42-ci dəqiqədə penaltidən fərqlənib. 30 yaşlı futbolçu görüşün əsas vaxtına əlavə olunmuş 5-ci dəqiqədə isə son nöqtəni qoyub.

Bu nəticədən sonra xallarının sayını 10-a çatdıran "Qarabağ" "Qəbələ" ilə 1-2-ci yerləri bölüşdürür. "Sumqayıt" isə 6 xalla 5-ci sıradadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO