“Qarabağ”ın baş məşqçisindən PİVƏ ETİRAZI - UEFA-dan cəza gələcəkmi? - VİDEO

Hazırda oxunan: “Qarabağ”ın baş məşqçisindən PİVƏ ETİRAZI - UEFA-dan cəza gələcəkmi? - VİDEO

37395

“Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanovun dünən keçirdiyi mətbuat konfransında masanın üzərinə qoyulan pivə butulkalarının yığışdırılmasını tələb etməsi müzakirə doğurub.

Qeyd edək ki, Qarabağın baş məşqçısı UEFA Konfrans Liqasının qrup mərhələsinin birinci turu çərçivəsində keçirilən “Qarabağ” – “Bazel” matçından sonra mətbuat konfransı keçirib. Mətbuat konfransı başlamazdan öncə Qurban Qurbanov UEFA-nın sponsorlarından olan “Heiniken” pivəsinin masadan yığışdırılmasını tələb edib. Yalnız pivə şüşələri götürüldükdən sonra Qurban Qurbanov konfransa qatılıb.
 

MÖVZU İLƏ BAĞLI:

“Qarabağ” istədi, UEFA məşhur sponsorunun adını SİLDİ - FOTOFAKT 


Bildirilir ki, Qurban Qurbanovun spirtli içkilərin qoyulduğu masanın arxasında oturmaq istəməməsi onun namaz əhli olmasından irəli gəlir. 

Baş məşqçinin addımı sosial şəbəkələrdə də müzakirə doğurub. 

“Azvision.az” saytının Baş redaktoru Vüsal Məmmədov bu addımı dözümsüzlük aktı kimi qiymətləndirib: 

“Pivənin özündə heç bir problem yoxdur axı. Bütün problem İslamın ona qeyri-adekvat münasibətindədir”.


Qeyd edək ki, elə həmin postun rəylər bölməsində Qurbanovun seçim etməkdə azad olduğu ilə bağlı mövqelər üstünlük təşkil edib.

Məsələ ilə bağlı AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla Bizim.Media-ya açıqlamasında bildirib ki, hələ ki, UEFA-dan hər hansı reaksiya verilməyib: 

“Bu daha çox klubla UEFA arasında olan məsələdir. Çünki klub oyunlarında təşkilatçılıq daha çox onların özlərinin səlahiyyətindədir. Digər tərəfdən isə mən dünən hansısa mənbədən oxudum ki, dini inanclara hörmətlə əlaqədar olaraq UEFA bu məsələdə bəzi klublara güzəştə gedir”.

“Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə isə Bizim.Media-ya açıqlamasında Azərbaycanda bu məslənin müzakirə doğurmasının anlaşılan olmadığını deyib:  

“Necə olur ki, bunu Ronolda, Pol Poqban edir, digərləri edə bilmir? Frank Liberi də Bayer Münhenin heyyətində Almaniya çempionu olan zaman çemponluğu pivə ilə qeyd etmək istəməmişdi. Müxtəlif müsəlman inanclı futbolçular bu cür məsələlərlə gündəmə gəlib və vaxtilə bunu müzakirə mövzusuna çevirən insanlar indi onlara alqış deyir. UEFA bu məsələyə həssaslıqla yanaşır, hansısa cərimədən söhbət gedə bilməz. UEFA belə məsələyə tolerantlıqla yanaşdığı halda bizdə bəziləri məsələni müzakirə mövzusuna çeviriblər”.
 

Xatırladaq ki, Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo və Fransa yığmasının yarımmüdafiəçisi Pol Poqban da mətbuat konfransında masının üzərindəki Avro-2020-nin sponsoru olan içkiləri kənara qoymuşdular. 


Bu addımla əlaqədar olaraq UEFA Avro-2020-nin iştirakçıları olan milli komandalara xəbərdarlıq etmişdi. Federasiyalara edilən müraciətdə Avropa çempionatının qaydalarına riayət edilməli və turnirin sponsorlarına hörmətlə yanaşmağın lazım olduğu xatırladılmışdı.

Turnirin direktoru Martin Kallen bununla bağlı federasiyalara cəza verilə biləcəyini demişdi: 

"Turnirdə iştirak edən federasiyalar qaydaları imzalayıblar. UEFA heç vaxt futbolçuları birbaşa cəzalandırmaz. Bunu daim turnirdə iştirak edən ölkələrin yerli federasiyaları vasitəsilə edirik”.

Xatirə Nəsirli, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO