Mahir Emrelinin olduğu baner Moskvanın mərkəzində

Hazırda oxunan: Mahir Emrelinin olduğu baner Moskvanın mərkəzində

37120

Bu gün Avropa Liqasında qrup mərhələsinə start veriləcək.

Bizim.Media xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın “Legiya” klubu Rusiya paytaxtında “Spartak”ın qonağı olacaq. 

Oyundan öncə baş verən maraqlı bir məqam isə “Legiya”nın Moskvadakı böyük ticarət mərkəzinin reklam fasadına öz futbolçularının rəsmləri olan “Moskvalılar artıq bilir ki, biz qayıtmışıq. Axşamın xeyir, Moskva” yazılı baneri yerləşdirməsidir.
 

MÖVZU İLƏ BAĞLI:

“Mahir Emreli daha böyük çempionata keçəcək” – Polşalı jurnalistlərin İDDİASI


Bununla da polşalılar 2011-ci ildə “Spartak”ı Avropa Liqasında mübarizədən kənarlaşdırdıqları oyunu yada salıblar.

Digər bir maraqlı məqam isə, həmin banerdə azərbaycanlı futbolçu Mahir Emrelinin də fotosunun yer almasıdır.

Qeyd edək ki, “Spartak” və “Legiya” arasında keçiriləcək oyun Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO