“Neftçi” və “Qarabağ”ın avrokuboklarda QAZANCI

“Neftçi” və “Qarabağ”ın avrokuboklarda QAZANCI

Hazırda oxunan: “Neftçi” və “Qarabağ”ın avrokuboklarda QAZANCI

32491

Avrokubokların arxada qalan hissəsində mükafat qazanan klubların siyahısı açıqlanıb.

Bizim.Media xəbər verir ki, cədvələ əsasən Azərbaycan təmsilçilərinin də ilk üç təsnifat mərhələsindəki qazancı bəlli olub.

Mövsümə Çempionlar Liqasında başlayıb, ardınca həm bu turnirə, həm də Avropa Liqasına vida edən “Neftçi” digər klublarımızdan çox qazanc əldə edib. Bakılılar bu müddətdə 1 milyon 150 min avro (təxminən 2 milyon 300 min manat) qazanıb.

Konfrans Liqasında üç mərhələ keçən “Qarabağ” büdcəsinə 750 (təxminən 1 milyon 500 min manat) min avro gətirib.

İlk raundda avrokuboklara vida edən “Keşlə” ilə “Sumqayıt”ın qisməti isə 450 min avro (təxminən 900 min manat) olub. Ümumilikdə isə komandalarımız hələlik 2 milyon 800 min avro (təxminən 5 milyon 600 min manat) əldə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO