Azərbaycan güləşçisi Rafiq Hüseynov növbəti mərhələyə adladı

Hazırda oxunan: Azərbaycan güləşçisi Rafiq Hüseynov növbəti mərhələyə adladı

30814

Azərbaycan güləşçisi Rafiq Hüseynov Tokio Olimpiadasına qələbə ilə başlayıb.

Bizim.Media xəbər verir ki, 77 kiloqram çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçimiz səkkizdəbir finalda dünya çempionatının gümüş və Avropa birinciliyinin bürünc mükafatçısı olan isveçli Aleks Kessidis ilə qarşılaşıb.

Rəqibinə qalib gələn R.Hüseynov növbəti mərhələdə Akjol Mahmudov (Qırğızıstan) ilə qarşılaşacaq.

Digər güləşçimiz Elis Manolova (68 kq) isə ilk mərhələdə nigeriyalı Blessinq Oborududuya məğlub olub.

Azərbaycanın güllə atıcısı Ruslan Lunyov da Tokio Olimpiadasında mübarizəni dayandırıb.

Tapançadan 25 metr məsafəyə atəşaçma yarışında çıxış edən idmançımız ikinci təsnifat mərhələsində 286 xal toplayıb. Təmsilçimiz ilk yarışda 281 xal qazanmışdı. Yekunda 567 xal toplayan Lunyov finala yüksəlmək şansını itirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO