“Lill” PSJ-ni məğlub etdi - Fransa Super Kubokunu qazandı

Hazırda oxunan: “Lill” PSJ-ni məğlub etdi - Fransa Super Kubokunu qazandı

30807

Futbol üzrə Fransa Super Kubokunun qalibi müəyyənləşib.

Bizim.Media xəbər verir ki, görüşdə son çempion “Lill” və bürünc mükafatçı Paris Sen-Jermen” (PSJ) klubları qarşılaşıb.

Gərgin keçən görüşün taleyini bir qol həll edib. Matçın 45-ci dəqiqəsində "Lill" klubunun yarımmüdafiəçisi Şeka fərqlənərək komandasına yeni mövsümdə ilk kuboku qazandırıb. Beləliklə, “Lill” klubu ilk dəfə Super Kubokun qalibi olub.

Qeyd edək ki, ötən mövsümdə 83 xal toplayan "Lill" klubu tarixində dördüncü dəfə Fransa çempionu adını qazanıb.

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO