Tokio-2020: Azərbaycanın iki güləşçisinin ilk rəqibi bəlli oldu - FOTO

Hazırda oxunan: Tokio-2020: Azərbaycanın iki güləşçisinin ilk rəqibi bəlli oldu - FOTO

30713

Avqustun 2-də Tokio-2020 Yay Olimpiya Oyunlarında Azərbaycanın iki güləşçisi mübarizəyə start verəcək. 

Bizim.Media xəbər verir ki, yunan-Roma güləşində Rafiq Hüseynov (77 kq), qadın güləşində isə Elis Manolova (68 kq) xalça üzərinə çıxacaq. 

Bu gün keçirilən püşkatma mərasimində onların ilk rəqibləri müəyyənləşib. Hüseynov 1/8 finalda dünya ikincisi və Avropa üçüncüsü isveçli Aleks Kessidislə qarşılaşacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Tokio-2020: Atletdə dopinq aşkarlandı


Avropa çempionu rəqibinə qalib gəlsə, 1/4 finalda Lamjed Maafi (Tunis) - Akjol Mahmudov (Qırğızıstan) cütünün qalibi ilə qarşılaşacaq. 

Manolova isə ilk mərhələdə nigeriyalı Blessinq Oborududu ilə qarşılaşacaq. O, 1/4 finala yüksəlsə, Meerim Jumanazarova (Qırğızıstan) - Mimi Xristova (Bolqarıstan) duelinin güclüsü ilə görüşəcək. 

Qeyd edək ki, bu çəkilərdə ilk görüşlər Bakı vaxtı ilə saat 6:30-da başlayacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO