FIDE reytinqi: Məmmədyarov və Rəcəbovun mövqeyi dəyişməyib

Hazırda oxunan: FIDE reytinqi: Məmmədyarov və Rəcəbovun mövqeyi dəyişməyib

30685

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

Bizim.Media FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın 2 təmsilçisi yer alıb.

Şəhriyar Məmmədyarov 2782 xalla 6-cı, Teymur Rəcəbov isə 2 763 xalla 10-cu yerdəki mövqeyini qoruyub.

Qədir Hüseynov (2665) 72-ci, sırada qalıb. 3 pillə geriləyən Nicat Abbasov (2656) isə 87-ci-sıraya enib. 4 addım geriləyən Rauf Məmmədov (2 654) 91-ci pillədə yer alıb.

Siyahıda ilk “üçlük” dəyişməyib. Norveçli dünya çempionu Maqnus Karlsen (2847) birinci, Fabiano Karuana (ABŞ, 2806) ikinci, Dinq Liren (Çin, 2799) üçüncüdür.

Qadın şahmatçılardan Günay Məmmədzadə 2460 xalla 26-cı pillədə qərarlaşıb. Gülnar Məmmədova (2385) 77-ci, Xanım Balacayeva (2376) isə 91-cidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO