Dünyanın 1 nömrəli tennisçisi Tokioda medalsız qaldı

Hazırda oxunan: Dünyanın 1 nömrəli tennisçisi Tokioda medalsız qaldı

30654

Dünya tennisinin 1 nömrəsi, serbiyalı Novak Cokoviç Tokio-2020-də mübarizəni dayandırıb. 

Bizim.Media yarışın rəsmi saytına istinadən xəbər verir ki, Olimpiadanın səkkizinci günündə Cokoviç ispaniyalı tennisçi Pablo Karreno Busta ilə qarşılaşıb.

"Ariake Tennis Park"ın mərkəzi kortunda ispan həmkarı ilə mübarizə aparan "Böyük Dəbilqə"nin 20 qat çempionu məğlub olub. 

Güclü rəqibi ilə görüşdə qələbə qazanan (6-4, 6-7, 6-3) Busta bürünc medala sahib çıxıb. 

Beləliklə Tokio-2020-nin favoritlərindən sayılan Cokoviç Olimpiadanı medalsız başa vurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO