Azərbaycanlı cüdoçu ABŞ-da çempion oldu - FOTO

Hazırda oxunan: Azərbaycanlı cüdoçu ABŞ-da çempion oldu - FOTO

30625

Azərbaycanlı cüdoçu Nuridə Əzəmətli Florida ştatının Orlando şəhərində keçirilən 32-ci ABŞ Açıq Cüdo Çempionatının (U.S. Open Championships) qalibi olub.

Bizim.Media xəbər verir ki, 34 kq çəki dərəcəsində mübarizə aparan 10 yaşlı idmançı bütün rəqiblərinə qalib gələrək, çempion olub.

Nuridə Əzəmətli ABŞ-da anadan olmasına baxmayaraq, atası Azərbaycan vətəndaşıdır. O, Sumqayıt şəhərində dünyaya gəlib və orta təhsilini burada tamamlayıb.

Qeyd edək ki, ABŞ-da bu il 32-ci dəfə keçirilən Açıq Cüdo Çempionatı beynəlxalq yarış hesab olunur və bura dünyanın bütün ölkələrindən peşəkar idmançılar qatılır. Daha əvvəl digər azərbaycanlı cüdoçu Zaur Cəlil (73 kq) sözügedən yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO