Olimpiadada qızıl medal qazanan idmançı \"İnstagram\"da məşhur oldu

Hazırda oxunan: Olimpiadada qızıl medal qazanan idmançı \"İnstagram\"da məşhur oldu

30586

Amerikalı qadın gimnast Sunisa Linin "İnstagram"da abunəçilərinin sayı 1 milyona çatıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı "TMZ" nəşri yayıb.

Mənbə yazır ki, 18 yaşlı amerikalı gimnast "Tokio-2020" Yay Olimpiya Oyunlarında fərdi çoxnövçülükdə qızıl medal qazanıb.

Qızıl medal qazanana qədər S.Linin "İnstagram"da 250 min abunəçisi olub. S.Li Qızıl medal qazandıqdan sonra bir neçə saat ərzində onun səhifəsinə daha 750 min nəfər abunə olub.

Sunisa Li həmçinin komanda yarışlarında gümüş medal qazanıb.

Qeyd edək ki, fərdi çoxnövçülükdə gümüş medalı braziliyalı Rebeka Andrade, bürünc medalı isə rusiyalı Angelina Melnikova qazanıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO