Oyun BAŞLADI: Millimiz Ukraynaya qarşı

Oyun BAŞLADI: Millimiz Ukraynaya qarşı

Hazırda oxunan: Oyun BAŞLADI: Millimiz Ukraynaya qarşı

269573

Azərbaycan milli komandası bu gün DÇ-2026-nin seçmə mərhələsində ikinci oyununa çıxır.

Bizim.Media xəbər verir ki, millimiz Bakıda Ukrayna yığmasını qəbul edir.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş saat 20:00-da start götürüb.

Azərbaycan millisi seçmə mərhələyə acınacaqlı məğlubiyyətlə başlayıb. İlk turda səfərdə İslandiyaya 0:5 hesabı ilə məğlub olan millimizin çalışdırıcısı Fernandu Santuş ötən gün istefaya göndərilib. Komandanı Ukrayna ilə oyuna U-21 millimizin və "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov çıxaracaq.

Qeyd edək ki, ilk turda Ukrayna isə Fransaya uduzub (0:2).

D qrupunun digər oyununda isə Fransa İslandiyanı qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

9 sentyabr

DÇ-2026, seçmə mərhələ

D qrupu

20:00. Azərbaycan - Ukrayna - 0:0 (Birinci hissə)

Baş hakim: Vassilis Fotias (Yunanıstan)

Tofiq Bəhramov adına Respublika Stadionu

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO