UFC ulduzlarının “Qarabağ” ziyarətindən FOTOLAR

UFC ulduzlarının “Qarabağ” ziyarətindən FOTOLAR

Hazırda oxunan: UFC ulduzlarının “Qarabağ” ziyarətindən FOTOLAR

255833

İlk dəfə Azərbaycanda keçiriləcək UFC döyüş gecəsinin fəxri qonaqları "Qarabağ"ın bazasında olublar.

Bizim.Media xəbər verir ki, yüngül çəkidə UFC-nin məğlubedilməz sabiq çempionu, keçirdiyi bütün görüşlərdə qalib gələn, çəkisindən asılı olmayaraq ən yaxşı döyüşçü sayılan Həbib Nurməhəmmədov, bu çəkidə hazırkı çempion İslam Maxaçov, eyni kateqoriyada Bellatorun məğlubedilməz çempionu Usman Nurməhəmmədov və Umar Nurməhəmmədov Ağdam klubnu ziyarət ediblər.

Qonaqları "Qarabağ"ın Baş direktoru və İdarə Heyətinin üzvü Emrah Çelikel, İdarə Heyətinin üzvü Asif Əsgərov və baş məşqçi Qurban Qurbanov qarşılayıblar. Görüş zamanı UFC-nin ulduzları ilə həm MMA, həm futbol barədə fikir mübadilələri aparılıb.

Döyüşçülər klubun bazası ilə də tanış olub, fitnes zaldakı hazırlıq prosesini izləyiblər. Onlar futbolçularımızla da görüşərək biri-birilərinə uğurlar arzulayıblar. Qonaqlara "Qarabağ"ın formaları və xatirə hədiyyələri təqdim olunub, xatirə fotoları çəkilib.

Qeyd edək ki, Bakıdakı UFC döyüş gecəsi iyunun 21-də keçiriləcək. Həmin gün döyüşə çıxacaq Azərbaycan idmançısı Rafael Fiziyev də bir neçə gün əvvəl "Qarabağ"ın qonağı olub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO