Kundenin gələcəyi ilə bağlı planı bilindi

Kundenin gələcəyi ilə bağlı planı bilindi

Hazırda oxunan: Kundenin gələcəyi ilə bağlı planı bilindi

255648

“Barselona”nın müdafiəçisi Jül Kunde klubla yeni müqavilə imzalamağa razılıq verib.

Bizim.Media xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs “X” sosial şəbəkəsində məlumat yayıb.

Fransalı futbolçu baş məşqçi Hans-Diter Flikə komandada qalmaq istədiyini bildirib. Tərəflər arasında razılaşmanın yaxın həftələrdə rəsmiləşdiriləcəyi gözlənilir.

Qeyd edək ki, Jul Kunde başa çatan mövsümdə “Barselona”nın heyətində 53 oyunda 4 qol vurub, 8 məhsuldar ötürmə verib. Onun klubla olan hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO