Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub.
Bizim.Media xəbər verir ki, sonuncu - dördüncü yarış günündə gənc gimnastlar ayrı-ayrı alətlər üzrə fərdi və qrup hərəkətləri proqramlarında mübarizə aparıblar.
Böyüklər isə çarpaz qarşılaşmalarda qüvvələrini sınayıblar.
Fərdi proqramda halqalarla hərəkətlərin icrasında ukraynalı Qoraşçenko Lyubov qızıl, polşalı Ksenia Zizyik gümüş, Azərbaycan təmsilçisi Şəms Ağahüseynova isə bürünc medala sahib çıxıb.
Qrup hərəkətləri komandalarının yarışlarında Azərbaycan yığması iki dəfə fəxri kürsüyə qalxıb.
Beş halqada Bolqarıstan birinci, İsrail ikinci, Nəzrin Abdullayeva, Ayan Nəsirova, Nəzrin Salmanlı, İlahə Bahadırova, Şəms Müvəffəqi və Nilufər Orucludan ibarət Azərbaycan millisi üçüncü yeri tutub. Beş gürz proqramında Bolqarıstan bütün rəqiblərini qabaqlayaraq podiumun ən yüksək pilləsinə qalxıb. İtaliya gümüş, Azərbaycan bürünc mükafata yiyələnib.
Çarpaz qarşılaşmalarda isə italiyalı Sofia Raffaelli qızıl, özbəkistanlı Lola Djuraeva gümüş, ukraynalı Onofriiçuk Taisiya bürünc medal qazanıb. Qaliblərə medallarla yanaşı, pul mükafatı da təqdim olunub.
Qeyd edək ki, yarışlarda 25 ölkədən 170-dən çox gimnast iştirak edib.
Bizim.Media

- A-
- A
- A+
İdman
19:56 / 04.05.2025
Bakıda keçirilən Avropa Kubokuna yekun vuruldu - FOTO
Hazırda oxunan: Bakıda keçirilən Avropa Kubokuna yekun vuruldu - FOTO
Hazırda oxunan: Bakıda keçirilən Avropa Kubokuna yekun vuruldu - FOTO
247608
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.