Bakıda BU TƏDBİRƏ 45 min bilet satıldı – KİMƏ GÖRƏ?

Hazırda oxunan: Bakıda BU TƏDBİRƏ 45 min bilet satıldı – KİMƏ GÖRƏ?

24239

Bu günə olan məlumata görə, AVRO-2020-nin Bakıda keçiriləcək oyunları üçün 45 minə yaxın bilet satılıb.

Bu barədə Bizim.Media-ya AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Qarayev məlumat verib. 

Onun sözlərinə görə, çempionatın Bakıda keçiriləcək oyunları aarsında daha çox maraq Türkiyə-Uels oyununadır. Belə ki, bu oyun üçün 20 min bilet sifariş olunub.

İyunun 12-də keçiriləcək Uels – İsveçrə qarşılaşması üçün 6000 bilet satılıb. 

Türkiyə - İsveçrə və 1/4 final mərhələsinin oyunları üçün isə bu günə qədər ümumilikdə 19 minə yaxın bilet satılıb. 

Xatırladaq ki, Avropa çempionatının dörd qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək. Bunlardan üçü A qrupunda baş tutacaq. İyunun 12-də, Uels – İsveçrə, iyunun 16-da Türkiyə - Uels, iyunun 20-də isə Türkiyə - İsveçrə görüşləri keçiriləcək . İyulun 3-nə isə 1/4 final mərhələsinin oyunu təyin olunub.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin