Rafael Ağayev kimin bostanına daş atdı? - "İstefasını verib getsin"

Rafael Ağayev kimin bostanına daş atdı? - "İstefasını verib getsin"

Hazırda oxunan: Rafael Ağayev kimin bostanına daş atdı? - "İstefasını verib getsin"

236267

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin komandasının bir üzvü olmaq və onun etimadını qazanmaq mənim üçün böyük fəxrdir".

Bizim.Media xəbər verir ki, bu sözləri oxu.az-a açıqlamasında beşqat dünya, 11 qat Avropa çempionu və Olimpiya mükafatçısı olan Rafael Ağayev deyib.
 

"Açığı, mən Milli Olimpiya Komitəsinin iclasına çağırılanda üzv seçiləcəyimdən xəbərsiz idim. İclas zamanı yeni üzvlər sadalanarkən adımın çəkilməsi mənim üçün qürurverici oldu. Bu onu göstərir ki, Prezidentin etimadını qazana bilmişəm. Bundan sonra da var gücümlə çalışıb, bu etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyimə söz verirəm.


Daha öncə verdiyim müsahibələrimdə də qeyd etmişdim ki, Azərbaycan xalqının məni necə sevdiyini hiss edirəm. Amma həqiqətən, bu qədər çox sevildiyimi bilmirdim. Karate Federasiyası ilə baş verən hadisələr zamanı bütün xalqımız mənə dəstəyini nümayiş etdirdi. Mən də xalqımız üçün, bayrağımızı daha da ucalarda dalğalandırmaq üçün əlimdən gələnin daha artığını etməyə çalışacağam. Sadəcə, onu deyə bilərəm ki, kim öz vəzifəsini layiqincə yerinə yetirə bilmirsə, istefasını verib getsin.

İcazə versinlər, bu işin öhdəsindən gələ biləcək insanlar ölkəmizə fayda vermək üçün vəzifəyə təyin olunsunlar", - deyə R.Ağayev bildirib.

Qeyd edək ki, Azərbaycanın olimpiya mükafatçıları, dünya və Avropa çempionları olan Rafael Ağayev və Hacı Əliyev Milli Olimpiya Komitəsinə (MOK) fərdi üzv qəbul olunublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO