Türkiyə Superliqasında XXIV turun daha 4 oyunu keçirilib.
Bizim.Media xəbər verir ki, çempionluğa iddialı “Fənərbağça” öz meydanında “Kasımpaşa” klubuna 3:1 hesabı ilə qalib gəlib.
İstanbul təmsilçisinin heyətində qolları Yussuf En-Nesiri (2) və Oğuz Aydın vurublar. Qonaq komandadan isə Mamadu Fall fərqlənib.
Bu qələbədən sonra xallarını 57-yə çatdıran “Fənərbağça” 2-ci pillədə qərarlaşıb. “Kasımpaşa” isə 31 xalla 8-ci sırada yer alıb.
Günün digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
“Hatayspor” – “Alanyaspor” – 1:0
“Eyüpspor” – “Kayserispor” – 1:1
“Konyaspor” – “Samsunspor”
Qeyd edək ki, tura fevralın 17-də keçiriləcək “Rizəspor” – “Qalatasaray” matçı ilə yekun vurulacaq.
Bizim.Media

- A-
- A
- A+
İdman
07:45 / 17.02.2025
“Fənərbağça” 3 xalı 3 qolla qazandı - VİDEO
Hazırda oxunan: “Fənərbağça” 3 xalı 3 qolla qazandı - VİDEO
Hazırda oxunan: “Fənərbağça” 3 xalı 3 qolla qazandı - VİDEO
235067
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.