"Qalatasaray"ın zədəli futbolçusu Alvaro Moratanın durumu müəyyənləşib.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
32 yaşlı hücumçu tibbi müayinədən keçib. Onun əzələsində qanaxma və qismən yırtıq aşkarlanıb. Artıq futbolçunun müalicəsinə başlanılıb.
Türkiyə mətbuatında yer alan xəbərlərə görə, Morata ən az 2 həftə oynaya bilməyəcək. İspaniyalı oyunçunun fevralın 24-də "Fənərbaxça"ya qarşı İstanbul derbisini buraxacağı gözlənilir.
Qeyd edək ki, Morata Avroliqanın pley-off mərhələsinin ilk oyunları çərçivəsində "AZ Alkmaar" ilə matçda sıradan çıxıb.
Bizim.Media